MSK 35 saylı seçki dairəsini xüsusi nəzarətə götürdü

msk-35-sayli-secki-dairesini-xususi-nezarete-goturdu
Oxunma sayı: 3099

35 saylı Xətai seçki dairəsindən namizədliyi qeydə alınmayan Abbasov Rauf Çərkəz oğlu Mərkəzi Seçki Komissiyasına müraciət edib.

"Qafqazinfo" xəbər verir ki, R. Abbasov müraciətində qeyd edib ki, Dairə seçki Komissiyası onun namizədliyinin qeydə alınmasından əsassız olaraq imtina edib. Mərkəzi Seçki Komissiyasının ekspert qrupu araşdırıb ki, həqiqətən də Dairə Seçki Komisiyyası qərarında aidiyyatı olmayan maddələr sadalayıb.

Qərarda namizədliyin qeydə alınmasından imtina edilmənin səbəbləri göstərilməyib. Buna görə də, Mərkəzi Seçki Komissiyası namizədin qeydə alınmasından imtina edilməsiylə bağlı DSK-nın qərarını ləğv edib.

Mərkəzi Seçki Komissiyasının üzvləri DSK- nın addımını qınayıblar. Təklif edilib ki, 35 saylı seçki dairəsi xüsusi nəzarətə götürülsün.

Günel Türksoy