MSK 5 250 000 bildiriş hazırlayacaq -

msk-5-250-000-bildiris-hazirlayacaq-
Oxunma sayı: 729


MSK-dan “Qafqazinfo”ya daxil olan məlumata görə, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanma qaydası ilə bağlı məsələyə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair 5250000 (beş milyon iki yüz əlli min) bildirişin mətbəə üsulu ilə hazırlanması qərara alınıb.

İclasda 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası və Bütov Azərbaycan Xalq Cəbhəsi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi də müzakirə edilib və sözügedən partiyalar tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.

“Qafqazinfo”