MSK Azər Qasımlının şikayətini təmin etmədi

msk-azer-qasimlinin-sikayetini-temin-etmedi
Oxunma sayı: 1381

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 17 saylı Yasamal seçki dairəsindən daxil olmuş müraciətə baxılıb.

“Qafqazinfo” xəbər verir ki, məsələ barədə MSK üzvü Tofiq Həsənov məlumat verib. Şikayətçi namizəd Azər Qasımlı müraciətində bir sıra seçki məntəqələrində qanun pozuntularının olduğunu bildirib.

Namizəd şikayətə iki ədəd disk əlavə edib. MSK-nın araşdırması zamanı müəyyən olunub ki, məntəqələrdə qanun pozuntusu aşkar edilməyib. Qərar səsə qoyularaq qəbul edilib.

Günel Türksoy