MSK bu təşkilatın “exit poll” keçirməsinə icazə verdi

msk-bu-teskilatin-exit-poll-kecirmesine-icaze-verdi
Oxunma sayı: 763

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının fevralın 9-da baş tutacaq parlament seçkilərində “exit poll” keçirməklə bağlı müraciətinə baxılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib. O qeyd edib ki, təşkilat seçkini 118 dairə üzrə həyata keçirəcək. Onlar 1053 seçki məntəqəsində seçicilərin fikirlərini öyrənəcəklər.

Günel Türksoy