Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, iclasda iki sentyabr və dörd sentyabr tarixli iclas protokolları təsdiq edilib.
Bundan əlavə, iclasda “Azadlıq-2015” seçki blokundan 57 nəfər səlahiyyətli, 6 nəfər isə maliyyə məsələləri üzrə səlahiyyətli, Azərbaycan Demokratik İslahatlar Partiyasından 5 nəfər səlahiyyətli, Azərbaycan Milli İstiqlal Partiyasından 7 nəfər səlahiyyətli, Azərbaycan Sosial Rifah Partiyasından 4 nəfər səlahiyyətli, bir nəfər isə maliyyə məsələləri üzrə səlahiyyətli, Müsavat Partiyasından 18 nəfər səlahiyyətli, Vətəndaş Həmrəyliyi Partiyasından 10 nəfər səlahiyyətli, Azərbaycan Demokrat Partiyasından 18 nəfər səlahiyyətli nümayəndələri təsdiq edilib.
Son xəbərlər
Son Xəbərlər