Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş və qeydə alınmış namizəd Fatma Yıldırıma xəbərdarlıq edilib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə MSK üzvü Tofiq Həsənov məlumat verib.
O qeyd edib ki, buna səbəb namizədin bir kənddə torpaq sahəsinin hamarlanmasına kömək etməsidir. Bununla bağlı videomaterial da var. Həmin videomaterial da efir vasitəsiylə yayımlanıb.
MSK bu fakta görə, 93 saylı Bərdə şəhər seçki dairəsindən namizədliyi qeydə alınmış Fatma Yıldırıma xəbərdarlıq edib.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər