MSK-dan namizədliyi qeydə alınmayanlarla bağlı - Açıqlama

msk-dan-namizedliyi-qeyde-alinmayanlarla-bagli
Oxunma sayı: 1438

Parlament seçkisinin təbliğat-təşviqat mərhələsində Mərkəzi Seçki Komissiyasına (MSK) ümumilikdə 47 müraciət daxil olub.

“Qafqazinfo” xəbər verir ki, bunu MSK sədri M. Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

"Bunlardan 25- i qeydə alınmaqla bağlı olub. Həmin 25 nəfərdən 9- nun namizədliyi MSK tərəfindən bərpa edilib. 2 nəfərin ikili vətəndaşlığı olduğuna görə namizədliyi ləğv edilib. Ağır cinayətlərdə məhkum edilmiş və məhkumluğu ödənməmiş şəxslərdən 5 nəfərin namizədliyi qanunvericiliyə görə qeydə alına bilməyib. 13 nəfər isə əmlakla bağlı məlumatları səhv verdiyinə görə qeydə alınmayıb.

Təşviqat mərhələsində 5-ə yaxın namizədə ciddi xəbərdarlıq etmişdik. Demişdik ki, əgər xəbərdarlığa əməl etməsələr, növbəti mərhələdə Baş Prokurorluğa müraciət edəcəyik. Xoşbəxtlikdən bu baş vermədi".