MSK DSK-nın qərarını qüvvədə saxladı

msk-dsk-nin-qerarini-quvvede-saxladi
Oxunma sayı: 2120

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 56 saylı Xaçmaz seçki dairəsindən daxil olmuş müraciətə baxılıb.

“Qafqazinfo” xəbər verir ki, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib. Həmin dairədən qeydə alınmış namizəd Zeyqam Hüseynov müraciətində bildirib ki, seçkinin nəticələrini mübahisələndirmir, ancaq 7 saylı məntəqənin protokolunun ləğv edilməsini istəyir. DSK həmin seçki məntəqədə qanun pozuntusu aşkar etməyib. Namizəd bildirib ki, həmin məntəqədə seçicilər arasında böyük nufuzu var.

Araşdırma zamanı ərizəçi sübut təqdim edə bilməyib. MSK qərara alıb ki, DSK-nın qərarı qüvvədə saxlanılmalıdır. Beləliklə, namizədin müraciəti təmin edilməyib.

Günel Türksoy