25 saylı Nizami ikinci seçki dairəsindən deputatlığa namizəd İlkin Rüstəmzadə dairə seçki komissiyası tərəfindən namizədliyinin təsdiq edilməsindən imtina edilməsiylə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib.
"Qafqazinfo" xəbər verir ki, MSK-nın Ekspert Qrupunun üzvü İlkin Şahbazov bu gün keçirilən iclasda qeyd edib ki, İlkin Rüstəmzadə namizədliyinin təsdiq edilməməsi ilə bağlı MSK-ya müraciət edib. İddiaçı hesab edir ki, onun barəsində Avropa İnsan Haqları Məhkəməsinin qərarı var. Ona görə də namizədliyi təsdiq edilməlidir. Ancaq Dairə Seçki Komissiyası imtinaya səbəb kimi İlkin Rüstəmzadənin ödənilməmiş məhkumluğunun olduğunu vurğulayıb. Buna görə də namizədliyin təsdiq edilməsindən imtina edilib. Mərkəzi Seçki Komissiyası olaraq hesab edirik ki, Dairə Seçki Komissiyasının qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır və şikayət əsassız hesab edilməlidir.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər