MSK İT mütəxəssisləri seçki gününə hazırlayır

msk-it-mutexessisleri-secki-gunune-hazirlayir
Oxunma sayı: 819

Bu gün Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarının İT mütəxəssisləri üçün seminarlara başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, seçki günü məlumatlarının operativ şəkildə ictimailəşdirilməsi və şəffaflığın daha yüksək səviyyədə təmin edilməsi məqsədilə Komissiya bu gündən etibarən növbəti əhəmiyyətli layihəyə start verib. 

Dairə Seçki Komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün keçirilən seminarların başlıca hədəfi İT mütəxəssislərinin Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin ümumi fəaliyyəti və yenilənərək daha da təkmilləşdirilən imkanları barədə aydın və ətraflı məlumatlandırmaq, habelə sistem üzərindən tətbiq olunan proqram təminatlarından praktiki istifadə etməklə mütəxəssisləri maraqlandıran sualları əyani şəkildə izah etməkdən ibarətdir.

Layihənin mahiyyətindən irəli gələrək seminarlar çərçivəsində İT mütəxəssislərinə Milli Məclisə seçkilər günü seçicilərin fəallığı ilə yanaşı, səsvermənin nəticələri ilə bağlı protokol məlumatlarının Mərkəzi Seçki Komissiyasına birbaşa ötürülməsi üçün xüsusi proqram modullarından praktiki məşğələlərlə test rejimində işləmək imkanı da yaradılır.

Günel Türksoy