MSK müsavatçının müraciətinə baxdı

msk-musavatcinin-muracietine-baxdi
Oxunma sayı: 1000

Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, iclasda MSK-nın 16 sentyabr tarixli iclas protokolu təsdiq edilib. Yeni Azərbaycan Partiyası tərəfindən MSK-ya təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü kimi Bəhruz Quliyev təsdiq edilib.

Bundan əlavə, Vəhdət Partiyasının 18 nəfər səlahiyyətli, 2 nəfər isə maliyyə məsələləri üzrə səlahiyyətli, Azərbaycan Demokratik Maarifçilik Partiyasının 1 nəfər səlahiyyətli, 1 nəfər isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri qeydə alınıb. Həmçinin Azərbaycan Demokrat Partiyasını seçkilərdə iştirakının dayandırması ilə səlahiyyətli nümayəndələrinin qeydiyyatı ləğv olunub.

İclasda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Bundan əlavə, seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətə baxılıb. Müsavat Partiyasının 50 saylı Abşeron-Qobustan seçki dairəsindən namizəd olan Səxavət Soltanlı Qobustan rayonu Xilmilli kəndində imza toplayan şəxsə maneçilik yaradılması barədə MSK-ya müraciət edib. Araşdırma nəticəsində məlum olub ki, ilkin olaraq şəxs aidiyyatı üzrə DSK-ya müraciət etməli idi. Ona görə də iclasda qərar qəbul edilib ki, müraciətin araşdırılması na 50 saylı Dairə Seçki Komissiyasında baxılsın.

Günel Türksoy