MSK Müsavatın pulsuz efir tələbinə sərt cavab verdi

msk-musavatin-pulsuz-efir-telebine-sert-cavab-verdi
Oxunma sayı: 2097

"Müsavat Partiyasının rəhbərliyi bizə əsassız olaraq müraciət edib ki,  64 dairədən namizədləri qeydə alınıb və onlara pulsuz efir vaxtı verilməlidir" 

"Qafqazinfo" xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

O qeyd edib ki, adi məsələdən xəbərdar olmayan adamlar görün ki nə iddiasındadırlar?! Seçki Məcəlləsinə görə, bu, biabırçı haldır. Biz ona vaxt verməliyikmi? Bunu hansısa aşağı səviyyədə olan adam desə, bir şey olmaz. Bir də var ki, partiyanın sədri bizə müraciət edir. 

Yaxud "BBC Azərbaycan" namizədlərin debatını təşkil edir. Halbuki bu birbaşa qanunvericiliyin tələbinin pozulmasıdır. Amma görürsüz ki, bunun üstünə çox da ciddi getmirik".

Günel Türksoy