MSK-nın araşdırıb ləğv etdiyi məntəqələr - Siyahı

msk-nin-arasdirib-legv-etdiyi-menteqeler
Oxunma sayı: 3510

Mərkəzi Seçki Komissiyası 9 fevral parlament seçkiləriylə bağlı özünün araşdırması nəticəsində ləğv etdiyi məntəqələrin adlarını açıqlayıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib. MSK katibi bildirib ki, 11 saylı Qaradağ seçki dairəsinin 5 saylı, 54 saylı Şabran-Siyəzən seçki dairəsinin 12, 19, 45 və 61 saylı, 91 saylı Ucar seçki dairəsinin 8, 13,20 saylı, 101 Göygöl-Daşkəsən seçki dairəsinin 3, 6, 24, 32 və 42 saylı, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 66 saylı seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyən etməyən hallar aşkarlanıb. 

Həmin seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız sayılıb.

Günel Türksoy