MSK-nın bu gün ləğv etdiyi məntəqələr - Yenilənib

msk-nin-bu-gun-legv-etdiyi-menteqeler
Oxunma sayı: 5751

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 63 saylı Sabirabad seçki dairəsindən daxil olmuş müraciətə baxılıb. 

“Qafqazinfo” xəbər verir ki, məsələ barədə MSK üzvü Qabil Orucov məlumat verib. Şikayətçi namizəd Sadıqov Qiyas müraciətində səsvermə günü seçki məntəqələrində müxtəlif seçki pozuntularına yol verildiyini qeyd edib. 

MSK-nın araşdırması zamanı müəyyən olunub ki, 28 saylı seçki məntəqəsində nəticələr seçicilərin iradəsini əks etdirmir və həmin məntəqədə səsvermənin nəticələri etibarsız hesab edilib. 

Qeyd edək ki, həmin dairədə lider namizəd Kamal Cəfərovdur.

***

71 saylı Masallı kənd seçki dairəsindən daxil olmuş müraciətə barədə isə MSK üzvü Qabil Orucov məlumat verib. Şikayətçi namizəd Əliyev Rüfət müraciətində DSK-nın qərarının ləğv olunmasını xahiş edib. 

MSK-nın araşdırması zamanı müəyyən olunub ki, 33 saylı seçki məntəqəsində nəticələr seçicilərin iradəsini əks etdirmir və həmin məntəqədə səsvermənin nəticələri etibarsız hesab edilib.

***

94 saylı Bərdə kənd seçki dairəsindən daxil olmuş müraciətə də baxılıb. Məsələ barədə MSK üzvü Qabil Orucov məlumat verib. Şikayətçi namizəd Əhmədli Dadaş müraciətində DSK-nın qərarının ləğv olunmasını xahiş edib. 

MSK-nın araşdırması zamanı müəyyən olunub ki, 1 saylı seçki məntəqəsində nəticələr seçicilərin iradəsini əks etdirmir və həmin məntəqədə səsvermənin nəticələri etibarsız hesab edilib.

***

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 108 saylı Ağstafa seçki dairəsindən daxil olmuş müraciətə baxılıb.

Məsələ barədə MSK üzvü Validə Kazımova məlumat verib. Şikayətçi namizəd Başxanım Abbasova müraciətində bir sıra seçki məntəqələrində qanun pozuntularının olduğunu bildirib. 
MSK-nın araşdırması zamanı müəyyən olunub ki, 26 saylı seçki məntəqəsində nəticələr seçicilərin iradəsini əks etdirmir və həmin məntəqədə səsvermənin nəticələri etibarsız hesab edilib. 

Qeyd edək ki, həmin dairədə lider namizəd Nizami Cəfərovdur.

***

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 120  saylı seçki dairəsindən daxil olmuş müraciətə baxılıb. 

Məsələ barədə MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib. Şikayətçi namizəd Piriyev Şaiq müraciətində bir sıra seçki məntəqələrində qanun pozuntularının olduğunu bildirib. 
MSK-nın araşdırması zamanı müəyyən olunub ki,  36 saylı seçki məntəqəsində nəticələr seçicilərin iradəsini əks etdirmir və həmin məntəqədə səsvermənin nəticələri etibarsız hesab edilib. 

Qeyd edək ki həmin dairədə lider namizəd Ceyhun Məmmədovdur.

***

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 42 saylı Sumqayıt seçki dairəsindən daxil olmuş müraciətə baxılıb.

Məsələ barədə MSK üzvü Tofiq Həsənov məlumat verib. Şikayətçi namizəd İsrafilov Elşad və Elçin Məmməd müraciətlərində bir sıra seçki məntəqələrində qanun pozuntularının olduğunu bildirib. 

MSK-nın araşdırması zamanı müəyyən olunub ki,   7 və 32 saylı seçki məntəqəsində nəticələr seçicilərin iradəsini əks etdirmir və həmin məntəqədə səsvermənin nəticələri etibarsız hesab edilib. 

Qeyd edək ki həmin dairədə lider namizəd Tahir Mirkişilidir.

***

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 15 saylı Yasamal seçki dairəsindən daxil olmuş müraciətə baxılıb.

Məsələ barədə MSK üzvü İlham Məmmədov məlumat verib. Şikayətçi namizəd Sərdar Məmmədov müraciətində bir sıra seçki məntəqələrində qanun pozuntularının olduğunu bildirib.

MSK-nın araşdırması zamanı müəyyən olunub ki, 10, 19, ,28, 29 saylı məntəqələrdə səsvermənin nəticələri etibarsız hesab edilsin.

Qeyd edək ki, həmin dairədə lider namizəd Ülvi Quliyevdir.

***

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 64 saylı seçki dairəsindən daxil olmuş müraciətə baxılıb.

Məsələ barədə MSK üzvü İlham Məmmədov məlumat verib. MSK-nın araşdırması zamanı müəyyən olunub ki, 1 və 13 saylı məntəqələrdə səsvermənin nəticələri etibarsız hesab edilsin.

***

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 10 saylı seçki dairəsindən daxil olmuş müraciətə baxılıb.

Məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib. Qeydə alınmış namizəd Rəbiyyə Məmmədova müraciətində seçki dairəsi üzrə nəticələrin etibarsız hesab edilməsini istəyib. MSK-nın araşdırması zamanı məlum olub ki, həmin dairədə seçicilərin iradəsinə təsir edəcək vəziyyət müşahidə edilməyib. Beləliklə, MSK gənc fəal Rəbiyyə Məmmədovanın şikayətini təmin etməyib.

Qeyd edək ki, həmin dairədə lider namizəd Madər Musayevdir. 

*** 

91 saylı Ucar seçki dairəsində 1 saylı məntəqə də ləğv edildi. 

Qeyd edək ki, bu dairə üzrə lider YAP-ın namizədi Ramil Həsəndir.

Günel Türksoy