MSK onun səlahiyyətinə xitam verdi

msk-onun-selahiyyetine-xitam-verdi
Oxunma sayı: 2519

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələrindən birinin səlahiyyətinə xitam verilib. 

"Qafqazinfo" xəbər verir ki, bu barədə MSK-nın bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova məlumat verib. 

A.Muxtarova bildirib ki, Müasir Müsavat Partiyası MSK-ya müraciət edərək, Nağıyeva Nərgiz Əli qızının qeydiyyatının ləğv olunmasını istəyib. 

İclasda Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələrindən biri kimi qeydə alınmış Nağıyeva Nərgizin səlahiyyətinə xitam verilməsi ilə bağlı qərar qəbul edilib.