MSK partiyaların səlahiyyətli nümayəndələrini qeydə aldı

msk-partiyalarin-selahiyyetli-numayendelerini-qeyde-aldi
Oxunma sayı: 1209

Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, iclasda 2020- ci il fevralın 9- na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının, Ümid Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb. 

İclasda YAP- ın 119 nəfər səlahiyyətli nümayəndə,  1 nəfər isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınıb. 

Ümid Partiyasından 17 nəfər səlahiyyətli,  2 nəfər isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə kimi qeydə alınıb.

Vətəndaş Həmrəyliyi Partiyasından  36 nəfər, 1 nəfər isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə kimi qeydə alınıb.

İclasda həmçinin 2019- cu ilin dekabrın 23- nə təyin edilmiş bələdiyyə seçkilərində əraziləri bir neçə seçki dairəsi arasında bölünmüş bələdiyyələr üzrə seçkilərim yekunları müəyyən edilib. Həmçinin bəzi dairə seçki komissiyalarının tərkibində də dəyişiklik edilib. Bildirilib ki, bu gündən etibarən bələdiyyə seçkiləri ilə bağlı seçki bülletenləri böyük həcmdə çap olunub. Bununla bağlı prosesə start verilib. Bu gündən etibarən prosesdə 24 dairə iştirak edib.

Növbəti dəfə daha 24 dairə prosesə qoşulacaq. İclasda çıxış edən MSK sədri Məzahir Pənahov bildirib ki, bələdiyyə seçkilərində fəallıq az olur: " Amma biz istərdik ki, fəallıq artsın. Seçki dairələrində bunun üçün şərait yaradılıb. Bütün addımlar atılıb ki, heç bir problem olmasın. Seçicinin hüququ pozulmamalıdır".

Günel Türksoy