MSK poçtla bağlı problemə də münasibət bildirdi

msk-poctla-bagli-probleme-de-munasibet-bildirdi
Oxunma sayı: 1209

“Bəzi mediada və sosial şəbəkələrdə yazırlar ki, namizədlərin poçta verilən şikayətləri qəsdən gecikdirilir ki, baxılmasın”.

“Qafqazinfo” xəbər verir ki, bunu MSK sədrinin müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.

Sədr müavini bildirib ki, narazı şəxslər şikayətlərə baxılmaması üçün gecikdirildiyini iddia edirlər: "Ancaq biz həmişə poçta verilən tarixi nəzərə alırıq”.

MSK sədri M. Pənahov bildirib ki, onların marağındadır ki, ərizələr tez çatdırılsın və müraciətə tez baxsınlar.

Günel Türksoy