Azərbaycan seçiciləri sabah 125 dairə üzrə 5573 seçki məntəqəsində səs verəcək.
"Qafqazinfo" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfrasında deyib. Onun sözlərinə görə, 125 dairənin 10-u məcburi köçkün dairələridir. Ümumilikdə 340 689 məcburi köçkünümüz var. Bu məcburi köçkünlər də 573 məntəqədə səs verəcəklər.
Hazırda bütün seçki məntəqələri seçicilərin səs verməsi üçün hazır vəziyyətə gətirilib.
Günel Türksoy
Foto: Pərvin Zeynal



Son xəbərlər
Son Xəbərlər