MSK sədri seçki qutuları ilə bağlı yayılan xəbərlərdən danışdı

msk-sedri-secki-qutulari-ile-bagli-yayilan-xeberlerden-danisdi
Oxunma sayı: 4122

MSK sədri Məzahir Pənahov seçki qutularından da danışıb.

"Qafqazinfo" xəbər verir ki, jurnalistlərə açıqlamasında M. Pənahov bəzi seçki məntəqələrində qutuların şəffaf olmaması ilə bağlı yayılan görüntülərə də münasibət bildirib:

"Bu insanlarda niyə maraq doğurur ki? Siz qutuya düz istiqamətdən baxın, görəcəksiniz ki, hamısı eyni cür görünür. Siz birinə qaranlıq tərəfdən, birinə işıqlı tərəfdən baxırsız, ona görə də fərqli görünür".