MSK sədrindən seçki komissiyaları ilə bağlı - Açıqlama

msk-sedrinden-secki-komissiyalari-ile-bagli
Oxunma sayı: 2424

“Seçki Məcəlləsinə əsasən, Dairə Seçki Komissiyaları 5 ildən bir yenidən formalaşdırılır. Artıq bu proseslər başa çatıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, məntəqə seçki komissiyaları da yenidən formalaşdırılıb:

“Biz indi hazırlıq işləri aparırıq. Seçki komissiyaları hər zaman hazır olmalıdır. Biz o mərhələdəyik və onunla məşğuluq. Heç bir problem yoxdur”.