Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, əvvəlcə MSK-nın 15 may, 25 may və 27 may 2015-ci il tarixlərində keçirilmiş iclaslarının protokolları təsdiq edilib.
Komissiyanın qərarına əsasən dairə və məntəqə seçki komissiyalarının üzvlərinin seçkilərlə bağlı məlumatının daha da artırılmasına hədəflənmiş layihə 2 mərhələdə gerçəkləşdiriləcək. Belə ki, birinci mərhələ çərçivəsində avqustun 21-dən dairə seçki komissiyalarının sədrləri üçün Bakı şəhərində müşavirə keçiriləcək.
Genişmiqyaslı maarifləndirmə tədbirinin ikinci mərhələsi ölkə ərazisindəki bütün dairə seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrlərini əhatə edir. Bu mərhələ çərçivəsində 24-26 avqust tarixlərində regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsi nəzərdə tutulub. Kurslar çərçivəsində MSK təmsilçiləri, dairə seçki komissiyaları sədrləri, rayonların yerli icra hakimiyyəti, məhkəmə, prokurorluq və polis orqanlarının rəhbər şəxsləri tərəfindən mühazirələr oxunub, təqdimatlar aparılacaq. Bu da aşağı seçki komissiyaları üzvlərinin seçkilərlə bağlı hərtərəfli məlumatlandırılmasına və onların iş təcrübələrinin daha da artırılmasına imkan verəcək.
Son xəbərlər
Son Xəbərlər