“Qafqazinfo” xəbər verir ki, bu barədə İnstitutun sədri, MSK üzvü Akif Qurbanov açıqlama verib.
A.Qurbanov deyib ki, Ədliyyə Nazirliyinin təşkilatın qeydiyyat sənədlərini geri qaytarma səbəbi çox absurtdur və əsassızdır. Çünki, təşkilatın sənədləri peşəkar hüquqşünaslar tərəfindən hazırlanaraq Ədliyyə Nazirliyinə göndərilib. Sənədləri geri qaytarılan başqa QHT-lərlə də əlaqə saxlayaraq, araşdırma aparmışıq. Bəlli olub ki, nazirlikdə ümumi olaraq şablon cavablar var və qeydiyyata almaq istənməyən təşkilatlara çox zaman bu cavablardan birini göndərirlər. Əsasən də məktubların məzmunu və qeydiyyata almamaq səbəbləri eyni olur. Belə ki, Nazirlik məktubunda əsas kimi “ Qeyri–hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında ” Qanunun 9.2-ci maddəsinin tələblərinə zidd olaraq Qurumun Nizamnaməsində təsisçilərin qeyri-hökumət təşkilatının fəaliyyətində iştiraka münasibətdə hüquq və vəzifələri göstərilməmişdir” ifadə edib. Hesab edirəm ki, yuxarıda göstərilən səbəb qanuna istinad edilsə də göstərilən irad əsaslı şəkildə izah olunmayıb. Halbuki, qanunun 9.2-ci maddəsinin tələblərinə uyğun olaraq təsisçilərin hüquq və vəzifələri qurumun Nizamnaməsinin 5.1-5.2-ci bəndlərində aydın göstərilib. Ona görə də Ədliyyə Nazirliyinin Hüquqi Şəxslər və Vətəndaşlıq Vəziyyəti İdarəsinin imtina məktubunda göstərilən irad əsasızdır. Nəticə etibarilə, belə qənaətə gəlmək olur ki, ya Birliyin Nizamnaməsi Ədliyyə Nazirliyinin rəsmiləri tərəfindən ümumiyyətlə oxunmayib, ya da qeydə almadan imtina üçün hüquqi əsasın olub-olmamasının o qədər də əhəmiyyəti yoxdur.
Son xəbərlər
Son Xəbərlər