MSK üzvü Məzahir Pənahovdan hesab sordu?

msk-uzvu-mezahir-penahovdan-hesab-sordu
Oxunma sayı: 643

“Qafqazinfo”nun məluamtına görə, iclasda 125 dairə seçki komisiyasının üzvləri müəyyənləşib. İclasda çıxış edən MSK sədri Məzahir Pənahov üzvlərin seçilməsi, komisyanın yenidən formalaşdırılamsı ilə bağlı danışarkən bildirib ki, dairə və məntəqə seçki komisiyaları üzvlərinin səlahiyyət müddəti 5 il olduğundan, komisiyalar yenidən formalaşdırılır.

İclasda MSK 125 seçki dairəsi üzrə 1125 nəfərin üzvlüyünü təsdiqləyib. MSK üzvlərindən biri təqdim olunan üzvlərin əleyhinə səs verib, biri isə bitərəf qalıb.

İclasda Ümid Partiyasının nümayəndəsi Akif Qurbanov Ümid Partiyasına Naxçıvan Muxtar Respublikasındakı 7 dairə üzrə üzv təqdim etməyə imkan yaradılmamağından şikayətlənərək deyib: “Naxçıvandakı 7 dairənin heç birindən Ümid Partiyasının üzv təqdim edilməsinə imkan yaradılmayıb. Bunun səbəbi nədir?”.

Akif Qurbanovun sualını cavablandıran MSK katibi Mikayıl Rəhimov bildirib ki, dairə seçki komisiyalarının formalaşdırılması ilə bağlı müzakirələr mart ayından başalyıb. Akif Qurbanov isə müzakirələrə yalnız bir həftə bundan əvvəl qoşulub. MSK sədri Məzahir Pənahov isə vurğulayıb ki, istənilən MSK üzvünün üzvlərin namziədliyini təqdim etmək hüququ var və heç kim bunun qarşsını ala bilməz.

Fatimə Kərimli