“Bir sıra MTK-lar tərəfindən sayğaclar vətəndaşlara pulla verilir. Ancaq qanunvericiliyə əsasən sayğaclar əhaliyə pulsuz verilməlidir”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Azay Quliyev parlamentdə deyib.
O qeyd edib ki, bu məsələnin həlli tapılmalıdır: “Təklif edirəm ki, “Azəriqaz” nümayədələri və QHT-lərlə birgə işçi qrupu yaradılsın. Görünsün ki, problem nədən ibarətdir.
Bu cür qurumların nəzdində İctimai Şura yaradılsa yaxşı olar. Həm də son zamanlar vətəndaşlar qaz sayğaclarında hesablamalar zamanı artıq pul yazıldığı barədə şikayətlər edirlər”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər