MTN generalının 12 il həbsi tələb olundu

mtn-generalinin-12-il-hebsi-teleb-olundu
Oxunma sayı: 5542

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinov və qurumun tərkibində idarə rəisləri işləmiş Elcan Abdullayev, Elman Tahirov və əməliyyat müvəkkili Nadir Nəzirovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşmaq üzrədir.

"Qafqazinfo" xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyib. O, Nizami Şirinovun 12 il, Elcan Abdullayev və Nadir Tahirovun 11 il müddətinə azadlıqdan mərhum edilməsini tələb edib.

İttihama görə, N.Şirinovun E.Abdullayev və E.Tahirov və N.Nəzirovla mütəşəkkil dəstə tərkibində ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirib. Külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə alıb, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırıb.

Amin Nəzərli

Həmçinin oxuyun: Новая депозитная кампания от AccessBank!