MTN işçilərinin peşə bayramı qeyd olundu- - Qaradağda

mtn-iscilerinin-pese-bayrami-qeyd-olundu-
Oxunma sayı: 3504


"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və Milli Təhlükəsizlik Nazirliyinin Qaradağ rayon şöbəsinin əməkdaşları iştirak edib. 

Tədbiri giriş sözü ilə açan icra başçısı 28 mart – Milli Təhlükəsizlik orqanları işçilərinin peşə bayramı münasibətilə bütün orqan işçilərini təbrik edib. Qeyd edib ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin uzun, tarixi və şərəfli bir yol keçib. Xalqımızın milli maraq və mənafelərinin, təhlükəsizliyin, sabitliyin və əmin-amanlığın qorunmasında MTN-nin xüsusi rolu olub.

Tədbirin sonunda Süleyman Mikayılov tərəfindən Milli Təhlükəsizlik Nazirliyinin Qaradağ rayon şöbəsinin bir nəçə əməkdaşına fəxri fərmanlar və hədiyyələr təqdim olunub.