MTRŞ-dan əkizlərin hərəkətinə - - Reaksiya

mtrs-dan-ekizlerin-hereketine-
Oxunma sayı: 1263


“Qafqazinfo” xəbər verir ki, bu sözləri  Milli Televiziya və Radio Şurasının (MTRŞ) monitorinq şöbəsinin sədri Təvəkkül Dadaşov sosial şəbəkədə yazıb.

T. Dadaşov qeyd edib ki, bu hal bir daha peşəkarlıq problemini aktuallaşdırır:” Belə ki, bəzən telekanallar şou-biznes təmsilçilərini veriliş aparıcısı kimi dəvət edirlər. Bu isə heç də həmişə uğur gətirmir. Çünki efirlə konsert səhnəsi fərqli məkanlardır. 

Müğənnilər və digər şou təmsilçiləri öz işlərində nə qədər peşəkar olsalar da, televiziya aparıcısı olmaq üçün xüsusi hazırlıq tələb olunur və bu işi öyrənmək zaman alır. 

Digər tərəfdən, baş verən hal canlı yayıma nəzarət etmək üsulları barədə də məsələni gündəmə gətirir. Hazırda bəzi yayımçılar bu üsulları tapıb və tətbiq edirlər. Lakin bütün hallarda bu işləri icra edən kadrların peşəkarlığı çox vacibdir”.