MTRŞ hüquq-mühafizə orqanlarına müraciət etdi

mtrs-huquq-muhafize-orqanlarina-muraciet-etdi
Oxunma sayı: 648

Bakıda çoxmərtəbəli yaşayış binalarında qanunsuz kabel televiziyası yayımı ilə məşğul olan şəxslərlə bağlı lazımi tədbirlər görülür. 

“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. N.Məhərrəmli bildirib ki, “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi qəbul olunduqdan sonra bu cür qanunsuz fəaliyyətlə məşğul olan şəxslərə qarşı ciddi tədbirlər görüləcək: “Bilirsiniz ki, “Kabel televiziyaları haqqında” qanun layihəsi Milli Məclisin Mədəniyyət komitəsində müzakirə olunub və həmin qanun qəbul olunduqdan sonra qanunsuz kabel televiziyaları ilə bağlı tədbirlər sərtləşdiriləcək”.

MTRŞ sədri əlavə edib ki, qanunsuz kabel televiziyaları ilə bağlı hüquq-mühafizə orqanlarına, Vergilər Nazirliyinə də müraciət edilib.

N.Məhərrəmli bildirib ki, əhali də bu istiqamətdə diqqətli olmalı, kabel televiziyalarına qoşularkən onun qanuni olmasını tələb etməlidir.