Müalicə işində oxumaq istəyənlərin nəzərinə...

mualice-isinde-oxumaq-isteyenlerin-nezerine
Oxunma sayı: 1868


“Qafqazinfo” TQDK-nın saytına istinadən xəbər verir ki, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı 2015/2016-cı tədris ili üçün Müalicə işi ixtisası üzrə (peşəsi – həkim, rus bölməsi) tələbə qəbulu elan edir. Qeyd edək ki, Azərbaycan vətəndaşları üçün təhsil ödənişsizdir.

İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin yaratdığı Qəbul Komissiyası tərəfindən aparılan qəbul imtahanlarında yalnız TQDK-nın IV ixtisas qrupu üzrə keçirdiyi test imthanlarında 350 və daha artıq bal toplayan abituriyentlər iştirak edə bilərlər. Tədris rus dilindədir. Müsabiqə rus və Azərbaycan bölmələrindən olan abituriyentlər üçün  birgə aparılır.

Maraqlananlar http://tqdk.gov.az/news/general/1413/ linkinə daxil olmaqla ətraflı məlumat əldə edə bilərlər.