Muarem danışdı

muarem-danisdi
Oxunma sayı: 1529


Türkiyənin “Əskişəhərspor” klubuna keçidi ilə gündəmdə olan makedoniyalı futbolçu hələ rəsmi bir şey olmadığını bildirib: “Rəsmi razılaşma olarsa, açıqlama verəcəyik. Amma indi dəqiq bir şey yoxdur. Düzdür, təklif almışam. Lakin “Qarabağ”dan gedəcəyim və orda oynayacağım dəqiqləşməyib. İnanıram ki, hər şey həm klubum, həm də mənim üçün yaxşı olacaq. Ətraflı danışmaq istəmirəm”.

Qeyd edək ki, Türkiyə mətbuatı artıq Muarem Muaremin “Əskişəhərspor”la razılaşdığını bildirib.