İspaniyalı aktrisa Penelopa Krus “W Magazine” jurnalı üçün kamera qarşısına keçib.
“Qafqazinfo” xəbər verir ki, fotosessiyanın müəllifi olan rejissor Pedro Almodovar akrisanı müasir Karmen obrazında təqdim edib.
“Mən dörd yaşımdan Karmeni oynamaq istəyirdim. Mən baletlə məşğul olurdum, Karmen isə ən böyük rollardan biridir. Pedro mənə Karmeni canlandıracağımı deyəndə elə xoşbəxt idim ki...”, - Krus danışıb.
Krus uzun illərdir Almodovarın ilham pərisidir. “Paralel analar” filmi onların uğurlu müştərək yaradıcılığının yeni nümunəsidir.
“Penelopa və geyimlə həmişə maraqlı nəsə baş verir. Bizim ilk bərabər filmimizdə geyimlərin hamısı köhnə və geyinilmiş idi, amma Penelopa sadəcə hamısını dəbə çevirir. Mən deyirəm: “Sən balaca kənddən olan fahişəni oynayırsan”, amma bu, əhəmiyyətli deyil. Bu, demək olar, mümkünsüzdür, çünki Penelopa hətta ən kasıb geyimdə çox gözəl görünür”, - rejissor deyib.









Son xəbərlər
Son Xəbərlər