Bu gün səhər saatlarından "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi əvvəlki yerinə qaytarılıb.
“Qafqazinfo” Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, NMB yeni tərtibatda sərnişinlərin xidmətinə təqdim edilib. Belə ki, perronlarına daxil olacaq avtobusların sürətini azaldan xüsusi maneələr quraşdırılıb. Marşrutlar üzrə avtobusların hansı dayanacağa daxil olması ilə bağlı məlumat löhvələri qoyulub. Həmçinin dayanacaq pavilyonlarının üzərinə də bununla bağlı məlumatlar qeyd edilib.
Son xəbərlər
Son Xəbərlər