Şəmkir rayonunda iki qonşu arasında dava sonda cinayətlə nəticələnib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, rayonun Sarıtəpə kənd sakini, 1962-ci il təvəllüdlü Asif Abdullayev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu, 1990-cı il təvəllüdlü Elnur Qənbərlini sinəsindən bıçaqlayıb.
E. Qənbərli xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Son xəbərlər
Son Xəbərlər