Mübahisə zamanı gəncin başı daşa dəyərək öldü

mubahise-zamani-gencin-basi-dasa-deyerek-oldu
Oxunma sayı: 4899

Sumqayıtda bədbəxt hadisə baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayonu ərazisində qeydə alınıb.

Gənclər arasında yaranmış anlaşılmazlıq ölümlə nəticələnib.

Mübahisə zamanı 1993-cü il təvəllüdlü İmanlı Vahid Cavanşir oğlu yerə yıxılıb və başı daşa dəyib. 28 yaşlı gənc aldığı xəsarətdən dünyasını dəyişib. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.