Mübahisədən sonra komaya düşən şəxs öldü

mubahiseden-sonra-komaya-dusen-sexs-oldu
Oxunma sayı: 2883

Gəncə şəhərində 3 gün öncə tanışı ilə mübahisə edən zaman yıxılaraq başı səkiyə dəyən şəxs xəstəxanada vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, şəhər sakini, 1983-cü il təvəllüdlü Sahib Abdullayev avqustun 27-də koma vəziyyətində xəstəxanaya yerləşdirilib.

O, avqustun 29-da xəstəxanada ölüb.

Araşdırma zamanı məlum olub ki, S.Abdullayev avqustun 27-də Gəncə şəhərində 1998-ci il təvəllüdlü Samux rayon sakini Elmar Əsgərovla əlbəyaxa dava edib. E.Əsgərov onun başından vuran zaman yıxılaraq başı səkiyə dəyib və komaya düşüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Murad Əhməd