“Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi parlamentin bu gün keçiriləcək plenar iclasının gündəliyindən çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, layihə bugünkü iclasın gündəliyinə salınsa da, hansı səbəbdən siyahıdan çıxarıldığı məlum deyil.
Qeyd edək ki, sözügedən qanuna təklif olunan dəyişikliklər deputatlar arasında birmənalı qarşılanmamışdı.
***
Son anda sözgedən layihə gündəliyin siyahısına əlavə edilib. Müzakirələr davam edir
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər