Mübahisəli qanun qəbul edildi - Translar əsgər getməyəcək

mubahiseli-qanun-qebul-edildi
Oxunma sayı: 2016

ABŞ-ın Konstitusiya Məhkəməsi prezident Donald Trampın “Transseksualların Amerika ordusuna çağrılmasını qadağan edən qanun”unu təsdiqləyib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, məhkəmə 5 səslə qəbul etdiyi qərarın ləğvi ilə bağlı bütün hökmləri də qadağan edib. 

Xatırladaq ki, Tramp keçmiş prezident Barak Obamanın cinsiyyət dəyişdirənlərin də orduya qəbulunu dəstəkləyən qərarına qarşı çıxmış və 2017-ci ilin avqustunda Pentaqondan bunun dayandırılmasını tələb etmişdi. Tramp ötən ilin martında isə transseksualların orduda xidmətini qadağan edən qanunu imzalamışdı.