Mübariz İbrahimov anıldı - Fotolar

mubariz-ibrahimov-anildi
Oxunma sayı: 2240

7 fevral Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü münasibətilə bir qrup hərbçi şəhidimizin məzarını ziyarət edib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, onun xatirəsi ehtiramla anılıb.

Anma mərasimində çıxış edənlər Milli Qəhrəmanın göstərdiyi şücaətdən danışıblar. Vətən yolunda canından keçməklə gənclərə örnək olacaq bir addım atan qəhrəmanımızın döyüş ruhunun, vətənpərvərlik və mübarizlik hissinin yüksək olduğu diqqətə çatdırılıb. Mərasimdə Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Həmin gün Milli Qəhrəmanın doğulub boya-başa çatdığı Biləsuvar rayonundakı evi də bir qrup hərbi qulluqçu tərəfindən ziyarət olunub.