Mübariz İbrahimovun postuna getdilər

mubariz-ibrahimovun-postuna-getdiler
Oxunma sayı: 1157


“Qafqazinfo” xəbər verir ki, qonaqlar əvvəlcə Naftalan şəhərində yerləşən N saylı hərbi hissədə olublar. Əsgərlər qarşısında çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və “Silahlı Qüvvələrə İctimai Nəzarət” İctimai Birliyinin sədri Emin Həsənli ölkədə ordu quruculuğu sahəsindəki uğurlardan bəhs etmiş, əsgərləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırmış və işğal altındakı torpaqlarımızın azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliklərini bildiriblər.

Sonra “Şur” ansamblının ifasında konsert proqramı olub.

Daha sonra qonaqlar Tərtər rayonunun düşmənlə təmasda olan ərazisinə - Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xidmət etdiyi və hazırda onun adını daşıyan “Mübariz” postuna gəliblər. Onlar düşmənlə üz-üzə olan postda əsgərlərin vəziyyəti, yataq, yemək, döyüş şəraiti ilə tanış olmuş, işğal altındakı ərazilərimizi və düşmən mövqelərini müşahidə ediblər. Qonaqlar əsgərləri bayram münasibətilə təbrik edərək çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb, onlarla qürur duyduqlarını bildiriblər.

Xidmətdə fərqlənmiş əsgərlərə, həmçinin kütləvi informasiya vasitələrinin Qarabağ bölgəsi üzrə müxbirlərinə fəxri fərman və xatirə hədiyyələri təqdim edilib.