Mübariz İbrahimovun xatirəsinə həsr olunan Teatr Festivalı final mərhələsinə çatıb

mubariz-ibrahimovun-xatiresine-hesr-olunan-teatr-festivali-final-merhelesine-catib
Oxunma sayı: 641

Bu barədə Qafqazinfoya festivalın Təşkilat Komitəsinin üzvü, millət vəkili Jalə Əliyeva bildirib.

Noyabrın 21-də saat 12:00-da Gənclər və İdman Nazirliyində Gənclərin I Ümumrespublika Teatr Festivalının gedişatı ilə bağlı mətbuat konfransı keçiriləcək. Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunan vətənpərvərlik mövzusunda keçirilən festival dekabrın 1-də başa çatır.

Festival çərçivəsində istər peşəkar, istərsə də həvəskar gənc teatr kollektivlərində, habelə ali və orta məktəb tələbə və şagirdləri arasında seçim aparılıb. 4 bölgə (İsmayıllı, Ucar, Mingəçevir, Zaqatala) və 8 paytaxt truppasının iştirak etdiyi festivala ümumilikdə 100-dən atrıq gənc qatılıb. Festival çərçivəsində ölkədə ilk dəfə Art Kamp keçiriləcək.

Tədbirdə festivala dəstək verən Gənclər və İdman nazirliyinin, Mədəniyyət və Turizm nazirliyinin, millət vəkillərinin, Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının, həmçinin QHT, ictimaiyyət nümayəndələrinin iştirak edəcəyi gözlənilir.