Mübariz Mənsimov “Çelsi”dən futbolçu gətirir

mubariz-mensimov-celsiden-futbolcu-getirir
Oxunma sayı: 1759


“Qafqazinfo”nun Apasport.az saytına istinadən  məlumatına görə, İstanbul təmsilçisi İngiltərədə “Çelsi”nin şərəfini qoruyan 33 yaşlı təcrübəli hücumçu ilə ön xətdəki çatışmazlıqları həll etmək fikrindədir.

 Qonşu ölkə mətbuatının yazdığına əsasən, bu keçiddə “Xəzər Lənkəran”ın təsisçisi və fəxri prezidenti Mübariz Mənsimovun rolu böyük olacaq. Azərbaycanlı iş adamı transfer üçün həm maddi, həm də mənəvi cəhətdən azarkeşi olduğu kluba yardım edəcək.

 İddia edilir ki, Mənsimov yaxşı münasibətlərdə olduğu “Çelsi”nin sahibi Roman Abramoviçlə də bu barədə danışıb. Həmyerlimiz rusiyalı milyarderdən Samueli yola gətirməyi xahiş edib. Nəticədə isə kamerunlu “Beşiktaş” variantına razı olub.

 Qeyd edək ki, 1997-ci ildən Kamerun yığmasında oynayan hücumçu 112 matçda 55 qol vurub.