Mübariz Mənsimov ulduz futbolçular alır

mubariz-mensimov-ulduz-futbolcular-alir
Oxunma sayı: 4462

"Beşiktaş" Ukraynanın "Dnepr" komandasının qapıçısı Denis Boyko və müdafiəçisi Duqlası heyətinə qatmaqda israrlıdır.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, klub bu iki futbolçunun transferi üçün İstanbul nəhəngindən 10 milyon avro tələb edir.

Belə olan halda Türkiyə klubunun rəhbərliyi “Xəzər Lənkəran”ın sahibi, “Palmali” Şirkətlər qrupunun prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimova müraciət ediblər.

“Beşiktaş”ın prezidenti Fikrət Orman Mənsimovla görüşərək ondan köməklik göstərməsini xahiş edib.