“Qafqazinfo” xəbər verir ki, “Beşiktaş” klubu mediada yer alan bu xəbərlərdən narahat olaraq rəsmi açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, “Beşiktaş” klubunun üzvülüyünə daxil olan Mübariz Mənsimov və başqa səlahiyətli şəxslər klub tərəfindən uzaqlaşdırılmayıb. “Beşiktaş Jimnastik Kulubu Dərnəy”inin daxili nizamnaməsinə əsasən, bir şəxsin eyni anda iki klubun idarə heyətində üzvlük etmək haqqı yoxdur. “Beşiktaş”ın iddiasına görə, Mübariz Mənsimov və bir neçə başqa üz üzv “Beşiktaş”la yanaşı, “Kasımpaşa” klubunun idarə heyətində də yer alırıar.
Belə olduğu halda həmin şəxslərin “Beşiktaş”dakı fəaliyyətləri etibarsiz sayılır.
İqbal
Son xəbərlər
Son Xəbərlər