“Qafqazinfo”nun məlumatına görə, görüş zamanı müşavir qeyd edib ki, dövlət başçısının həyata keçirdiyi din siyasəti, dini konfessiyalara yüksək diqqət və qayğı göstərilməsi onda böyük təəssürat yaradıb. O, müşavir kimi fəaliyyəti müddətində ölkəmizdəki fəaliyyətinə yaradılan yüksək şəraitə görə minnətdarlığını bildirib.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Türkiyəyə rəsmi səfərindən, keçirdiyi görüşlərdən danışaraq, iki ölkə arasında bütün sahələrdə olduğu kimi, din sahəsində də əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirib.
Dövlət Komitəsinin sədri ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, xüsusən din sahəsində daha da genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Türkiyə səfirliyinin din işləri üzrə yeni təyin olunmuş müşaviri professor Kamil Günəş iştirak edib. Mübariz Qurbanlı müşavirə yeni işində uğurlar arzulayıb və bildirib ki, Dövlət Komitəsi bundan sonra da Türkiyə səfirliyinin din müşavirliyi ilə əməkdaşlığı yüksək səviyyədə davam etdirəcək.
Son xəbərlər
Son Xəbərlər