Mübariz Qurbanlı generallarla görüşdü

mubariz-qurbanli-generallarla-gorusdu
Oxunma sayı: 4135


“Qafqazinfo” xəbər verir ki, görüşdə Daxili İşlər nazirinin müavini, general-leytenant Oruc Zalov, Polis Akademiyasının rəisi, general-mayor Nazim Əliyev iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi, general-mayor Nazim Əliyev görüşün əhəmiyyətini yüksək qiymətləndirərək bildirib ki, ölkdə hər kəsin dini əqidəsini ifadə etmək və yaymaq hüququnun, bütövlükdə konstitusion normalarla tənzimlənən vicdan azadlığının tam bərqərar olunması üçün bütün zəruri tədbirlər görülüb. 

Daxili İşlər nazirinin müavini, general-leytenant Oruc Zalov qeyd edib ki, sabitliyin, inkişaf tempinin qorunub saxlanılması üçün Daxili İşlər Nazirliyi öz üzərinə düşən bütün vəzifələri yerinə yetirir. 

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək görüşün keçirilməsində verdiyi dəstəyə görə Daxili İşlər Nazirliyinə və Polis Akademiyasının rəhbərliyinə minnətdarlığını bildirib. Mübariz Qurbanlı bildirib ki, Dövlət Komitəsi bir çox dövlət qurumları, o cümlədən DİN ilə birgə tədbirlər Planı imzalayıb. Bu fəaliyyət proqramına əsasən bu gün Polis Akademiyasında keçirilən görüş dini maarifləndirmə və gənclərin milli-mənəvi dəyərlərimizə bağılılığı, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği baxımından çox böyük əhəmiyyət daşıyır.