Mübariz Qurbanlı görüş keçirdi

mubariz-qurbanli-gorus-kecirdi
Oxunma sayı: 1117


Komitənin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Mübariz Qurbanlı bu cür görüşlərin keçirilməsinin fikir və təcrübə mübadiləsi baxımından vacib olduğunu söyləyib. Dünyəviliyin və tolerantlığın Azərbaycan xalqının təfəkkür tərzi olduğunu söyləyən sədr Azərbaycanda bütün konfessiyaların dinc şəraitdə fəaliyyət göstərdiyini söyləyib və əlavə edib ki, bunu heç bir cərəyan, heç bir qüvvə dəyişə bilməz. 

M.Qurbanlı deyib: “Bizim multikultural və tolerant cəmiyyətimiz Avropada da təşviq edilə bilər. Ölkəmizdə dinə yüksək səviyyədə dövlət qayğısı var və bu qayğı bütün konfessiyaları əhatə edir”.

Görüşdə müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.