Komitədən “Qafqazinfo”ya daxil olan məlumata görə, səfər çərçivəsində müvafiq dövlət qurumlarında iki ölkə arasında din sahəsində əlaqələrin və əməkdaşlığın perspektivlərinin müzakirə olunması nəzərdə tutulub.
Komitə sədri dövlət və hökumət rəsmiləri, o cümlədən Ali Dini rəhbərin beynəlxalq məsələlər üzrə müavini Möhsün Qumi, İran İslam Respublikasının vitse-prezidenti, Milli Kitabxananın rəisi Əkbər Salehi, Xarici işlər nazirinin müavini İbrahim Rəhimpur ilə görüşəcək və İran Parlamentində bir sıra müzakirələr aparacaq.
Eyni zamanda, Dövlət Komitəsinin sədri Qum şəhərində Cameatül-Mustafa Universitetində olacaq, müəllim heyəti və nüfuzlu din xadimləri, o cümlədən Ayətullah Əraqi və Ayətullah Sübhani ilə görüşəcək.
Son xəbərlər
Son Xəbərlər