Mübariz Qurbanlı Milix Yevdayevlə görüşdü

mubariz-qurbanli-milix-yevdayevle-gorusdu
Oxunma sayı: 779


Komitədən “Qafqazinfo” verilən məlumata görə, görüş zamanı Milix Yevdayev bildirib ki, Azərbaycanda konfessiyalar arasında sülh, dostluq və əməkdaşlıq şəraitinin formalaşması kursunun əsası Heydər Əliyev tərəfindən qoyulub.

O qeyd edib ki, bu gün həmin kurs bütün xalqın, o cümlədən müsəlmanların, yəhudilərin və xristianların dəstəyinə güvənən prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Mübariz Qurbanlı isə respublikadakı dini konfessiyalara dövlət qayğısından danışaraq bildirib ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir: “Azərbaycanda istənilən dini icmanın azad fəaliyyətinə tam şərait var”.