Komitənin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, komitə sədrinə edilən müraciətlər əsasən dini icmaların qeydiyyatı, dini maarifləndirmə, dini icmalara maliyyə yardımının ayrılması, məscidlərin təmiri və təminatı, dini icmaların yaradılması, onların dövlət qeydiyyatına alınması və digər məsələlərlə bağlı olub.
Komitənin sədri Mübariz Qurbanlı hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.
Qəbul zamanı müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.
Son xəbərlər
Son Xəbərlər