Mixail Saakaşvili Ukraynanın baş naziri Arseniy Yatsenyukun istefasından danışıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Saakaşvili mövzu barədə öz sosial hesabında yazıb. O, “Yatsenyukun istefa ərizəsi Ukrayna prezidentinə gətiriləndə mən onunla görüşdəydim. Bizim mübarizəmiz ilk nəticəsini verdi”-, deyə açıqlama verib.
Qeyd edək ki, aprelin 12-də parlamentdə Yatsenyukun istefasına baxılacaq. Onun yerinə əsas namizəd isə Ali Radanın spikeri Vladimir Qroysmandır.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər